Ermənilər Ordumuzun tutduğu terrorçular üçün hərəkətə keçir

GÜNDƏM bölməsi

17:24 - 13 Noyabr 2023

 Ermənilər Ordumuzun tutduğu terrorçular üçün hərəkətə keçir

Ermənistan Qarabağda Azərbaycan ordusu tərəfindən saxlanılan terrorçu muzdlular üçün hərəkətə keçməyə hazırlaşır.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, 44 günlük müharibədə ölkəmizə qarşı terror törədən, daha sonra saxlanılan iki Livan vətəndaşı erməni üçün diaspora müraciət edilib.

Livan erməniləri Maral Nacaryan və Vigen Euljekyanın 2020-ci ildə döyüşlər zamanı Laçında ələ keçirildiyi bildirilir. V.Euljekyanın həyat yoldaşı ərinin “azadlığı” üçün müəyyən addımlar atıldığını, lakin təfərrüatları açıqlamayacağını deyib.

İddia edilir ki, bu iki erməni müharibədən bir müddət öncə Livandan Şuşaya köçüb və burada çalışmağa başlayıb. Qısa müddət sonra isə separatçılar tərəfdən döyüşlərə qatılıb.

Qeyd edək ki, bu, ermənilərin Qarabağın işğalda olduğu müddətdə buraya qanunsuz köç həyata keçirməsi və 44 günlük müharibədə muzdlu döyüşçülərdən istifadə etməsinin növbəti sübutudur.

Xəbər xətti


Digər xəbərlər