Prezident Kəlbəcərdəki maşın nömrəli hasarı sökdürdü - Foto

GÜNDƏM bölməsi

20:38 - 7 Noyabr 2023

 Prezident Kəlbəcərdəki maşın nömrəli hasarı sökdürdü - Foto

Ermənilərin işğal dövründə Kəlbəcər rayonunun Vəngli kəndində azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəltdikləri hazar sökülüb.

Yenipress.az xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 7-də həmin kənddə səfərdə olan zaman hasarın sökülməsi barədə göstəriş verib.

Dövlət başçısının göstərişi dərhal yerinə yetirilib, ərazidə olan kommunal-təsərrüfat işçiləri hasarı söküblər.

Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar

Xəbər xətti


Digər xəbərlər