ABŞ İsrailə dəqiq bomba ötürməyi planlaşdırır

GÜNDƏM bölməsi

17:12 - 7 Noyabr 2023

 ABŞ İsrailə dəqiq bomba ötürməyi planlaşdırır

ABŞ İsrailə 320 milyon dollar dəyərində “Spice Family Gliding Bomb Assemblies” dəqiq bombalarını verə bilər.

Yenipress.az xəbər verir ki, bu barədə Amerikanın “Voll Strit Jurnal” qəzeti məlumat yayıb.

“ABŞ Prezidenti Bayden və Amerika rəsmiləri İsrail ordusunun Qəzzada HƏMAS terrorçularına qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı mülki əhalinin müdafiəsi üçün daha çox iş görmək məqsədilə İsrailə təzyiq edir. Bayden administrasiyası artıq ABŞ Konqresinin liderlərinə “Spice Family Gliding Bomb Assemblies” - döyüş təyyarələrindən atılan yüksək dəqiqlikli idarə olunan bombaları İsrailə ötürmək planları barədə rəsmi mesaj göndərib. Plana əsasən, silah istehsalçısı “Rafael USA” bombaları İsrailin ana şirkəti “Rafael Advanced Defence Systems”ə təhvil verəcək və bundan sonra İsrail Müdafiə Nazirliyi tərəfindən istifadə oluna biləcək. Plana həmçinin bu silahların istifadəsi ilə bağlı dəstək, təmir, sınaq və digər texnologiyaların verilməsi daxildir”, - məlumatda deyilir.

Xəbər xətti