Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün... - Patruşev

SİYASƏT bölməsi

14:32 - 4 Noyabr 2023

 Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün... - Patruşev

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün ilkin şərtlər var.

Yenipress.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

"Bunun üçün bütün ilkin şərtlər var", - o, sazişin imzalanması perspektivlərindən danışarkən vurğulayıb.

O xatırladıb ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hazırlanır.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, sülh müqaviləsinin hazırlanması çərçivəsində İrəvan və Bakı üç əsas prinsip üzrə razılığa gəliblər.

Xəbər xətti