Erməniləri qorxuya salan silah: Bakı İrəvana belə nəzarət edir

SİYASƏT bölməsi

09:12 - 3 Noyabr 2023

 Erməniləri qorxuya salan silah: Bakı İrəvana belə nəzarət edir

Ermənistanda Azərbaycanın hücumuna dair yeni iddialar ortaya atılıb. Bu dəfə zərbənin hərbi müstəvidə yox, kibersahədə edildiyi deyilir.

Yenipress.az Publika.az-a istinadən xəbər verir ki, media üzrə erməni ekspert Samvel Martirosyan Azərbaycanın İsrail istehsakı olan “Pegasus” casus proqramından Ermənistana qarşı kibersilah olaraq istifadə etdiyini iddia edib.

Onun iddiasına görə, Ermənistanda bir çox vətəndaşın telefonlarına hücumlar baş verir.

“Müdaxilələr “Pegasus” casus proqramı vasitəsilə edilir. İzlənilənlər həm rəsmi, həm siyasi, həm də hərbi şəxslərdir”, - erməni ekspert iddiasını davam etdirir.

Bu iddia ilə bağlı məsələ ötən ay Avropa Parlamentinddə erməni lobbisi tərəfindən gündəmə gətirilib. Eyni iddiaların mediada tirajlanması da kampaniya xarakteri daşıyır. Hərçənd, Ermənistanda “Pegasus” proqramı hakimiyyət tərəfindən müxalifləri izləmək üçün istifadə olunur.

Hələ iki il öncə bununla bağlı böyük qalmaqal yaranmışdı. Məlumatlara görə, Ermənistan hakimiyyəti “Pegasus” proqramının alınmasına 7 milyon dollar vəsait xərcləyib və hakimiyyətə təhlükə yaradan şəxslərin izlənməsində istifadə edir.

Xəbər xətti