Paşinyan Zəngəzur dəhlizi ilə bağlı qərar verdi - Foto

SİYASƏT bölməsi

12:59 - 2 Noyabr 2023

 Paşinyan Zəngəzur dəhlizi ilə bağlı qərar verdi - Foto

Respublikamızın ərazisindən keçən nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi bölmə yaradılıb.

Yenipress.az Globalinfo.az-a istiandən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, bölmə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tərkibində təşkil edilib:

“Bu yaxınlarda biz regionda nəqliyyat kommunikasiyalarının fəaliyyəti ilə bağlı “Sülhün kəsişməsi” layihəsini təqdim etmişdik. Sözügedən bölmə bu layihə çərçivəsində yaradılıb. Bölmənin səlahiyyətlərinə avtomobillərin, dəmiryollarının, elektrik xətlərinin, qaz kəmərlərinin və digər kommunikasiyaların, o cümlədən regional nəqliyyat, insanların və yüklərin mühafizəsi daxildir. Tbilisidə keçirilən “İpək Yolu” Beynəlxalq Forumunda da bu barədə danışmışam”.

Xəbər xətti