Gürcüstan: “3+3”də iştirak etməyəcəyik, lakin...

SİYASƏT bölməsi

14:18 - 1 Noyabr 2023

 Gürcüstan: “3+3”də iştirak etməyəcəyik, lakin...

Gürcüstan müəyyən mənada regionda lider rolunu öz üzərinə götürmək istəyir. Tiflisin İrəvanla Bakı arasında münasibətləri normallaşdırmaq səylərini də məhz bu şərtləndirir.

Yenipress.az xəbər verir ki, bunu Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Gürcüstanın İctimai Televiziyasının efirində deyib.

Samxaradze qeyd edib ki, “3+3” formatı Gürcüstan üçün qəbuledilməzdir:

“Bizim mövqeyimiz çox qətidir – ölkə ərazisi işğaldan azad olunmayana və Rusiya ərazi bütövlüyümüzü tanımayana qədər biz bu formatda iştirak etməyəcəyik. Lakin Tiflis Türkiyə ilə ikitərəfli münasibətləri inkişaf etdirmək üzərində işləməkdə davam edir və üçtərəfli Gürcüstan-Azərbaycan-Ermənistan formatı formalaşdırmağa çalışır”.

Xəbər xətti