Putin nələri nəzərə almayıb?

SİYASƏT bölməsi

14:01 - 1 Mart 2022

 Putin nələri nəzərə almayıb?

Son günlər hər dəfə sanksiyaların Rusiya iqtisadiyyatına təsirlərindən post yazanda bir qrup müttəfiqlər şərh verirlər ki,  siz bunları bilirsinizsə, Putin çoxdan bilirdi və hər şeyi nəzərə alıb, odur ki, Rusiya iqtisadiyyatı sanksiyalara hazırdır, ciddi təsirlər olmayacaq. İndi mən sizə anladım ki, Putin nələri nəzərə almadı və nədən Rusiya iqtisadiyyatı çökəcək.

1. Putin nəzərə almamışdı ki, müharibə 2-3 gündən çox çəkər, bilmirdi ki, Ukraynalılar bu qədər cəsurluq nümayiş etdirəcəklər, bütün dünya onları müdafiə edəcək, Rusiya təklənəcək.

2. Putin Çinin mövqeyini nəzərə almamışdı, Çin Qərbin bütün sanksiyalarına dəstək olmasa da ona əməl etmək məcburiyyətindədir. Çünki, əsasən Qərb bazarı ilə işləyən Çin şirkətləri sanksiyaları pozub, milyardlarla cərimə ödəmək niyyətində deyil. 

3. Putin nəzərə almamışdı ki, Finlandiya bu ərəfədə NAT0-ya, Ukrayna Avropa Birliyinə müraciət edəcək. Əgər bugün Finlandiya parlamenti qərar versə bu ölkəni NATO-ya qəbul edəcəklər və Rusiya ətrafında təhlükəsizlik buferi yarılcaq.

4. Putin nəzərə almamışdı ki, Rusiyaya  qarşı sanksiyaların miqyası bu qədər böyük  dərəcəsi sərt olar. Məsələn, Putin SWIFT-dən çıxarılmasını nəzərə alsa da, Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulmasını nəzərə almamışdı. Çünki, Rus banklarından  öncə İran banklarını SWIFT-dən çıxarmışdılar, amma indiyədək heç bir ölkənin Mərkəzi Bankının aktivləri dondurulmamışdı. Putinin güvəndiyi rusiyanın valyuta ehtiyatlarının 60 faizi sanksiya altına düşüb, dondurulub, ölkənin malik olduğu  132 milyard dollarıq  qızılı da (təxminən 74 milyon troy unsiyası)  satmaq imkanı yoxdur. Bu anoloqu olmayan sanksiyadır. Ona görə də rus rublu  ABŞ dolları qarşısında müharibə başlayandan 40 faizədək dəyər itirib.

5. Putin nəzərə almamışdı ki, 11,6 milyard dollarlıq  Şimal axını -2 layihəsini Almaniya dayandırar, çünki, Trump adminstrasiya dövründə də təzyiqlər daha sərt olanda da Almaniya bunu etməmişdi.

6. Putin nəzərə almamışdı ki, biznes elitasi parçalana bilər. Rusiyanın ən varlı oliqarxları Alfa qrupun sahibi  Mixail Fridman və Rusal sahibi Oleq Deripaska artıq müharibəyə qarşı mövqe qoyublar və bu barədə yayılan məlumatların doğru olduğunu Financial Timesə də təsdiq ediblər.

7. Putin nəzərə almışdı, bəzi mütəffiqlər ikili oyun oynayacaq, ona görə də Putin qalsa da, getsə də mütəffiqlərinin qara günləri başlayacaq.

Hələlik bu qədər bəs edər, baxmayaraq ki, Putinin nəzərə almadığı hələ çox şeylər vardır, odur ki, bilin ki, müharibənin necə qurtarmasından asılı olmayaraq Rusiya iqtisadiyyatı batacaq. Çünki, bank, valyuta-kredit münasibətləri iqtisadiyyatın qan-damar sistemidir, əgər orqanizmdə qan-damar sistemi sıradan çıxırsa insan bir gün infarkt olur.

Qubad İbadoğlu

Xəbər xətti