Sevil və Sevinc bacıları Vüsalə Əlizadə ilə söz davasına çıxdı -Video

MAQAZİN bölməsi

16:20 - 27 Oktyabr 2023

 Sevil və Sevinc bacıları Vüsalə Əlizadə ilə söz davasına çıxdı -Video

“Xəzər” televiziyasında Vüsalə Əlizadənin təqdimatı ilə yayımlanan verilişlərdən birində qalmaqallı anlar yaşanıb.

Yenipress.az Oxu.az-a istinadən xəbər verir ki, verilişin qonağı olan Sevil və Sevinc bacıları ilə aparıcı Vüsalə Əlizadə arasında söz davası yaşanıb.

Aparıcı Vüsalə Əlizadə bacılardan yemək hazırlamalarını istəyib. Bacılar etiraz ediblər. Müğənni bacılar bu təklifin doğru olmadığını deyiblər:

“Burada çalışan hər kəsə böyük hörmətimiz var. Bir çox insanlar bizim xasiyyətimizi bilir. Biz müğənniyik. Efirə ifa üçün gəlirik, yemək bişirmək üçün yox. Allaha şükür hər kəs əl qabiliyyətimizi də bilir. Bu fikrimizlə hörmətsizlik etmirik. Hər bir şəxsin öz seçimi var. Biz öncədən sizin komandanıza bildirmişdik, sizə deyilməyibsə, komandanızın problemidir”.

Aparıcı Vüsalə Əlizadə verilişin formatının belə olduğunu vurğulayıb:

“Siz verilişin formatına hörmət etməlisiniz. Hərə öz işinin peşəkarıdır. Formatımıza uyğun olaraq bu çox da normal haldır. Verilişdə yaşca sizdən böyüklər, xalq artistləri belə yemək hazırlayıblar. Bu hörmətsizlikdir. Mənim iş təcrübəm, yaşım da sizdən böyükdür.”.

Qeyd edək ki, sonda gərginlik səssizliklə sonlanıb. 

Həmin görüntüləri təqdim edirik:

Xəbər xətti