“Novruznamə” beynəlxalq festivalda qalib oldu

MAQAZİN bölməsi

13:46 - 26 Oktyabr 2023

 “Novruznamə” beynəlxalq festivalda qalib oldu

Rejissor Ərturan Nəcəfi Gölün “Novruznamə” qısametrajlı filmi 8-ci Beynəlxalq Türk Dünyası Sənədli Film Festivalının “Ən yaxşı qısametrajlı sənədli film” nominasiyasında qalib olub.

Yenipress.az xəbər verir ki, bu il Ankarada gerçəkləşən festivalın məqsədi türk dünyasının ortaq  mədəni dəyərlərini və tarixini tanıtmaqdır.

“Novruz” filmi “Urmiya Gənc Kinematoqrafçılar Dərnəyi” ilə “Buta Film”in birgə istehsalıdır.

Filmin prodüserləri Sevinc Məmmədova və Ərturan Nəcəfi Göldür. Co-produser isə “Buta Film”in rəhbəri İlqar Nəcəfdir.

Qeyd edək ki, festivalda iştirak edən rejissor Leylaxanım Qənbərlinin “Böyük qırmızı ev”  filmi jürinin xüsusi mükafatına layiq görülüb.

Xəbər xətti