“3+3” formatının perspektivləri nələrdir?

GÜNDƏM bölməsi

17:29 - 25 Oktyabr 2023

 “3+3” formatının perspektivləri nələrdir?

Cənubi Qafqazın üç dövlətini (Azərbaycan, Ermənistan və Gürcüstan) və üç nüfuzlu Qafqaz qonşusunu (Rusiya, Türkiyə və İran) birləşdirən “3+3” formatı Cənubi Qafqaz üçün regional təşəbbüsdür və həyata keçiriləcəyi təqdirdə regionun problemlərinin həlli və onun iqtisadi rifahı istiqamətində mühüm addımdır.

Yenipress.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza”nın məqaləsində deyilir.

“Gürcüstanın görüşdə iştirak etməməsi diqqət çəkir. Eyni zamanda, İran-Azərbaycan münasibətlərinin çətin dövrünü yaşadığına baxmayaraq, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tehrana gəlişi diqqətəlayiq hadisə oldu. «İqtisadi blok kimi “3+3” formatının perspektivləri necədir” sualına gəlincə, bu ölkələrdən hər biri getdikcə daha da reallaşan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində bu və ya digər dərəcədə iştirak edir. Eyni zamanda, siyasi ziddiyyətlər bəzən müəyyən hissələrin tikintisini çətinləşdirir. Ola bilsin ki, “3+3” qrupu yaxın gələcəkdə bu fərqləri düzəltməyə və ya aradan qaldırmağa kömək edəcək. Maraqlıdır ki, “3+3” iqtisadi təşəbbüsləri yalnız region ölkələri arasında qarşılıqlı fəaliyyət baxımından nəzərdən keçirilir və xarici oyunçuların iştirakını istisna edir”, - məqalədə deyilir.

Məqalədə Avrasiya məsələləri üzrə analitik Cəlal Naserinin verdiyi şərhdən sitat gətirilib:

“Əvvəldən bildirilib ki, “3+3” qrupunun yaradılmasının ən mühüm məqsədlərindən biri region ölkələrinin iştirakı ilə və qeyri-regional dövlətlərin və Qərb ölkələrinin müdaxiləsi olmadan regionun problemlərini həll etməkdir. Təcrübədə bu tətbiq edilsə, onda hərdən yaranan maneələri aradan qaldırmaq daha asan olacaq. Bu gün “3+3” formatı çərçivəsində siyasi qarşılıqlı fəaliyyətin qurulması onun bütün iştirakçıları üçün əsas vəzifə olaraq qalır. İqtisadi layihələrin taleyi onların nə dərəcədə səmərəli olmasından asılıdır”.

Xəbər xətti


Digər xəbərlər