ABŞ hərbi müşavirlərini İsrailə göndərdi

GÜNDƏM bölməsi

13:40 - 25 Oktyabr 2023

 ABŞ hərbi müşavirlərini İsrailə göndərdi

Pentaqon müharibənin planlaşdırılmasına kömək etmək üçün İsrailə hərbi müşavirlər göndərib.

Yenipress.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” amerikalı rəsmilərə istinadla məlumat yayıb.

Mənbə bildirib ki, zabitlərdən biri Dəniz Piyadaları Korpusunun general-leytenantı Ceyms Qlindir.  Qlin əvvəllər İŞİD-ə qarşı xüsusi əməliyyat qüvvələrinə rəhbərlik edib və orada ən şiddətli şəhər döyüşləri zamanı Fəllucədə xidmət edib. Qlin həmçinin şəhər döyüşlərində mülki itkilərin azaldılması ilə bağlı məsləhətlər verəcək.

Xəbər xətti


Digər xəbərlər