SEPAH üzvləri etnik bəlucu güllələdi

GÜNDƏM bölməsi

15:38 - 24 Oktyabr 2023

 SEPAH üzvləri etnik bəlucu güllələdi

Sistan və Bəlucistan əyalətinin Xaş şəhərində SEPAH üzvləri 42 yaşlı etnik bəluc Kamran Şəhnəvazini güllələyərək öldürüblər.

Yenipress.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, xəbərdarlıq edilmədən avtomobilə atəş açılması nəticəsində mülki vətəndaş yerindəcə həyatını itirib.

Qeyd edək ki, son 1 il ərzində hərbi qüvvələr və SEPAH üzvləri kütləvi etiraz aksiyasında öldürülənlərdən əlavə ümumilikdə 752 vətəndaşa atəş açıblar, onlardan 474-ü həyatını itirib.

Xəbər xətti


Digər xəbərlər