Milli fəalların həbs müddəti uzadıldı

GÜNDƏM bölməsi

13:30 - 24 Oktyabr 2023

 Milli fəalların həbs müddəti uzadıldı

Təhlükəsizlik məmurlarının Təbrizdə saxladığı 12 milli fəalın həbs müddəti uzadılıb.

Yenipress.az xəbər verir ki, bu barədə fəalların ailələri məlumat yayıb.

Bildirilib ki, Təbrizin İnqilab Prokurorluğu onların girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmalarına icazə verməyib.

Məhbusların ailələrinin yaxın günlərdə Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölməsi qarşısında etiraz aksiyası keçirəcəkləri bildirilib.

Qeyd edək ki, təhlükəsizlik məmurları sentyabrın 9-dan oktyabrın 1-ə qədər Təbrizdə 12 fəalı saxlayəb və onların nədə ittiham edildiyinə dair heç bir açıqlama verməyib.

Xəbər xətti