Xiyavda şadlıq sarayı bağlandı - Səbəb

GÜNDƏM bölməsi

12:48 - 24 Oktyabr 2023

 Xiyavda şadlıq sarayı bağlandı - Səbəb

Ərdəbil əyalətinin Xiyav (Meşkinşəhr) şəhərində məcburi hicab qaydalarını pozanlara xidmət verdiyi üçün şadlıq sarayı bağlanıb.

Yenipress.az xəbər verir ki, bu barədə Xiyav prokurorluğu məlumat yayıb.

Bildirilib ki, şadlıq sarayının fəaliyyəti "qanuni və dini" qaydaları pozduğuna görə qadağan edilib.

Qeyd edək ki, cari ildə İranda, təxminən, 3 min iş yeri eyni ittihama görə bağlanıb.

Xəbər xətti