Azərbaycana təzyiqlər artacaq – Siyavuş Novruzov

SİYASƏT bölməsi

11:40 - 24 Oktyabr 2023

 Azərbaycana təzyiqlər artacaq – Siyavuş Novruzov

“3+3” formatından sonra (XİN başçılarının Tehranda ötən gün keçirilən görüşü nəzərdə tutulur – red.) Azərbaycana qarşı təzyiqlər daha da artacaq.

Yenipress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Tehranda Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistanın iştirakı ilə “3+3” formatında baş tutan görüşdən sonra bölgə ilə bağlı fərqli fikirlər səslənir:

“İndi bir çox Qərb dairələri məhz bundan narahat olmağa başlayıb. Ona görə də biz bu təzyiqlərə qarşı daha da mütəşəkkil olmalıyıq”.

Xəbər xətti