“Arsax”ın ləğv edilməsini Paşinyan istəyib

SİYASƏT bölməsi

10:28 - 24 Oktyabr 2023

 “Arsax”ın ləğv edilməsini Paşinyan istəyib

Ermənistan Baş naziri Nikol Paşinyan şəxsən Qarabağ separatçılarının sonuncu “lideri” Samvel Şahramanyanı Azərbaycanın bütün şərtləri ilə razılaşmağa inandırıb.

Yenipress.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

“Ermənistan hakimiyyəti Samvel Şahramanyanı “arsax”ın qəti şəkildə təslim edilməsi və ləğvi haqqında “fərmanı” imzalamaqda ittiham edir, amma ictimaiyyəti inandırmağa çalışır ki, Paşinyanın bu qərarla heç bir əlaqəsi yoxdur. Lakin hökumət mənbələri Nikol Paşinyanın bu fərmanın mətnindən şəxsən xəbərdar olduğu və şəxsən Şahramanyanı Azərbaycanın bütün tələbləri ilə razılaşaraq hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırdığı ilə bağlı məlumat verirlər. Azərbaycanlılar “arsax”ın ləğvi, yəni “dövlət qurumları”nın, “ordu”nun, silahların təhvil verilməsi tələblərini çatdıranda Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla əlaqə saxlayıb və onun vasitəçiliyi ilə Paşinyanla telefon danışığı olub. Paşinyan onu Azərbaycanın bütün tələblərini dərhal yerinə yetirməyə, müharibənin Ermənistan ərazisinə keçməsinin qarşısını almağa çağırıb”, - məlumatda qeyd olunub.

Xəbər xətti