ETN-in bu sistemi yaratması mənfi halların qarşısını alacaq - Ekspert

GÜNDƏM bölməsi

16:19 - 23 Oktyabr 2023

 ETN-in bu sistemi yaratması mənfi halların qarşısını alacaq - Ekspert

Bu gün Elm və Təhsil Nazirliyi onlayn formada şagird yerdəyişməsinə yenidən start verib. Ötən yay müvəqqəti dayandırılan sistem məktəblərdə siniflər komplektləşəndən sonra işə salınmalı idi. Hazırda proses sy.edu.az elektron sistemi üzərindən valideynlərin onlayn məktəb seçimi ilə həyata keçirilir.

Yenipress.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib.

Ekspertin sözlərinə görə, sistem nazirliyin ən faydalı rəqəmsal xidmətlərindən biridir:

“Nazirlik bu rəqəmsal həll vasitəsilə prosesdəki neqativ halların qarşını almağı hədəfləyib. Məhz buna görə 9-cu sinfədək avtomatik olaraq reallaşan bu elektron xidmət 10-cu siniflər üzrə yerdəyişmədə iki mərhələyə bölünür. Belə ki, bu siniflər üçün valideynlər əlavə sənədlər yükləməklə seçimi əsaslandırmalıdırlar. Həmçinin, nazirlik bunu ali məktəblərə daha rahat hazırlaşmaq üçün oxuduğu məktəbdən çıxan, dərslərə getməmək şərtilə adını rayon məktəblərinə yazdırmaq istəyənlərin qarşısı almaq üçün edib. Hansı ki, bu, son dövrlərədək bəzi direktorların əsas gəlir mənbəyinə çevrilmişdi”.

O.Gündüz fikrincə, hazırda nazirliyin, bütövlükdə hökumətin əlində yetərincə data formalaşıb:

“Bununla da dövlət nəzarətini və ictimai nəzarəti, şəffaflığı daha effektiv təmin etmək mümkündür. Ümumi Təhsil İnformasiya Sisteminin tərkib hissəsi olan sy.edu.az resursu da ölkə üzrə şagird miqrasiyasına nəzarət etmək üçün əhəmiyyətli bir rəqəmsal həlldir”.

Xəbər xətti


Digər xəbərlər