İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb? - Rəsmi

SİYASƏT bölməsi

16:40 - 20 Oktyabr 2023

 İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb? - Rəsmi

Son baş verən hadisələrin fonunda İsrail 5 ölkədə səfirliyini bağladığına dair xəbərlər yayılıb. Belə ki, Qəzza zolağında hərbi əməliyyatlar kəskinləşəndən indiyə qədər İsrailin 5 ölkədəki - Misir, İordaniya, Mərakeş, Bəhreyn və Türkmənistandakı səfirliklərinin binaları boşaldılıb, onların əməkdaşları ölkəyə qaytarılıb.

Yenipress.az xəbər verir ki, İsrailin Azərbaycandakı səfirliyindən APA-ya bildirilib ki, Bakıdakı səfirlik diplomatik və konsulluq funksiyalarını davam etdirir.

“Azərbaycan hakimiyyəti diplomatik nümayəndəliklərin təhlükəsizliyinə cavabdehdir və bizim hərtərəfli əməkdaşlığımız var”, - qeyd olunub.

Onu da qeyd edək ki, Avropa və Cənubi Amerika da daxil olmaqla, bütün dünya üzrə İsrailin 20 ölkədəki səfirlikləri müvəqqəti olaraq tam və ya qismən bağlanıb. Bu ölkələrdə diplomatlara evdə qalmaq, işlərini evdən davam etdirmək tapşırılıb və ya həmin ölkənin daha təhlükəsiz hesab edilən digər şəhərlərinə köçürülüb.

Xəbər xətti