Özünü öldürmək üçün Kürə tullandı, peşman olub, üzüb çıxdı

GÜNDƏM bölməsi

09:53 - 20 Oktyabr 2023

 Özünü öldürmək üçün Kürə tullandı, peşman olub, üzüb çıxdı

İntihar məqsədilə özünü Kürə atan şəxs üzərək sahilə çıxıb.

Yenipress.az Report-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhərində baş verib.

Belə ki, Namiq Nəsrullayev işsiz olmasına görə Şirvan şəhəri, 1 May küçəsində yerləşən Kür körpüsündən özünü çaya ataraq intihara cəhd edib.

O, etdiyi əməldən peşman olaraq təxminən 80 metr məsafəni üzərək çayın sahilinə çıxıb.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti


Digər xəbərlər