Orxan Məmmədlinin intiharı ilə bağlı araşdırma aparılır

KRİMİNAL bölməsi

12:01 - 17 Oktyabr 2023

 Orxan Məmmədlinin intiharı ilə bağlı araşdırma aparılır

Tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı Orxan Məmmədlinin intiharı ilə bağlı araşdırma aparılır.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, O.Məmmədlinin özünü Səbail rayonu Mehdi Hüseyn küçəsində yerləşən ofisin qapısının çərçivəsindən asması müəyyən edilib. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin ehtimala görə, Orxan Məmmədli borc məsələsinə görə həyatına son qoyub.

Qeyd edək ki, O.Məmmədli turizm şirkətinin rəhbəri olub.

Xəbər xətti