Bakıda əri tanınmış müğənninin başını kəsib, küçəyə atdı

KRİMİNAL bölməsi

15:22 - 16 Oktyabr 2023

 Bakıda əri tanınmış müğənninin başını kəsib, küçəyə atdı

Bakının Nizami rayonunda evlərin birində 1985-ci il təvəllüdlü Yaqut Himayət qızı Həşimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Yenipress.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1984-cü il təvəllüdlü Anar Malik oğlu Həşimov könüllü olaraq polisə gələrək təslim olub, o, saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

***

Bakıda qətlə yetirilən Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş.

Report-un əldə etdiyi məlumata görə, o, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.

Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.

Hadisə qısqanclıq zəminində törədilib. A.Həşimov Y.Nərimanın başını kəsərək küçəyə atıb.

A.Həşimov daha sonra polisə gedərək könüllü təslim olub.

Xəbər xətti