İsrail təkzib etdi: Atəşkəs yoxdur...

SİYASƏT bölməsi

12:37 - 16 Oktyabr 2023

 İsrail təkzib etdi: Atəşkəs yoxdur...

İsrail Qəzza zolağında humanitar atəşkəs edilməsi ilə bağlı məlumatları təkzib edib.

Yenipress.az xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahunun ofisindən məlumat verilib.

“Hazırda Qəzza zolağında əcnəbi vətəndaşların təxliyəsinə icazə verilməsi müqabilində humanitar atəşkəs yoxdur”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün səhər saatlarından İsrail Qəzza zolağının cənub bölgəsində humanitar atəşkəs rejimi tətbiq etməsi ilə bağlı məlumatlar yayılmışdı.

Xəbər xətti