Mənim Azərbaycana səfərim elə də asan məsələ deyil - Tatar

SİYASƏT bölməsi

17:18 - 13 Oktyabr 2023

 Mənim Azərbaycana səfərim elə də asan məsələ deyil - Tatar

Biz eyni millətin övladlarıyıq. Keçmişimiz, kimliyimiz, mədəniyyətimiz, tariximiz birdir.

Yenipress.az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar ADA Universitetində çıxışı zamanı deyib.

O bildirib ki, bütün beynəlxalq çətinliklərə baxmayaraq, Türkiyə hər zaman həm Şimali Kipr Türk Respublikasına, həm də Azərbaycana öz dəstəyini göstərib.

“Əslində mənim bura səfər etməyim elə də asan məsələ deyil. Çünki bütün dünya, xüsusən də Avropa İttifaqı kiprli türkləri necə diz çökdürəcəklərini, necə nəfəsimizi kəsəcəklərini hesablayır.

Lakin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qismində qəbul olunmağımız və inşallah, Azərbaycanın da dəstəyi ilə iqtisadi-siyasi əlaqələri inkişaf etdirərək Şimali Kipr Türk Respublikasını tam fərqli bir mövqeyə gətirəcəyik”.

Xəbər xətti