Kreml: Qarabağ Azərbaycanın ərazisidir!

SİYASƏT bölməsi

14:15 - 11 Oktyabr 2023

 Kreml: Qarabağ Azərbaycanın ərazisidir!

Qarabağ faktiki və de-yure Azərbaycanın ərazisidir.

Yenipress.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Qarabağdakı rus sülhməramlıların məsələsi İrəvanla müzakirə olunmayıb, ora de-fakto və de-yure Azərbaycanın ərazisidir”, - o bildirib.

Peskov qeyd edib ki, Qarabağdakı rus sülhməramlıların gələcək taleyi Azərbaycanla müzakirə olunacaq, lakin Ermənistanla təmaslar davam edəcək.

Xəbər xətti