"Toppuş bacı"nın qızı seriala çəkilir - Video

MAQAZİN bölməsi

10:59 - 11 Oktyabr 2023

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra seriala çəkilir.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Xəbər-ətər” verilişində danışılıb.

O, “İkinci bahar” adlı serialda “Toppuş” obrazını canlandırır.

Ekran işinin baş rol ifaçısı əməkdar artist Dilarə Əliyeva Zəhranın olduqca istedadlı olduğunu deyib:

“Səhnədə, ekranda olmağı haqq edən balaca aktrisadır. İnşallah parlaq gələcəyi olacaq, gözəl və maraqlı xarakterləri ilə tamaşaçıları sevindirəcək”.

Xatırladaq ki, T.Əliyeva bu il yanvarın 22-də vəfat edib. “Toppuş bacı” obrazı ilə məşhurlaşan aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xəbər xətti


Digər xəbərlər