Lavrovdan Qarabağdakı sülhməramlılarla bağlı açıqlama

SİYASƏT bölməsi

10:19 - 10 Oktyabr 2023

 Lavrovdan Qarabağdakı sülhməramlılarla bağlı açıqlama

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına töhfə verməyə hazırdır. ABŞ və AB isə qeyri-sabitlik yaymaqda davam edir.

Yenipress.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “BMT Nizamnaməsinin prinsiplərinə tam riayət edilməsi və qarşılıqlı əlaqə beynəlxalq sülh və sabitliyin açarıdır” adlı məqaləsində yazıb.

“İndi Brüssel öz geosiyasi ambisiyalarının qayğısına qalaraq, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olacaq Azərbaycan və Ermənistana öz vasitəçilik xidmətlərini tətbiq edir. İndi Bakı və İrəvan suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olması və etimadı möhkəmləndirməyin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti buna hər cür töhfə verməyə hazırdır”, - o bildirib.

Xəbər xətti