Ermənilər atəşkəsi pozdu - Son dəqiqə

SİYASƏT bölməsi

16:54 - 5 Oktyabr 2023

 Ermənilər atəşkəsi pozdu - Son dəqiqə

Oktyabrın 5-i saat 14:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Yenipress.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Azərbaycan Ordusunun bölmələri şəxsi heyət və texnika sarıdan itki verməyib", - məlumatda qeyd edilib.

Xəbər xətti