Sizə bir sirr açım: Qarabağlılarla razılaşmışdıq ki... - Paşinyan

SİYASƏT bölməsi

10:18 - 5 Oktyabr 2023

 Sizə bir sirr açım: Qarabağlılarla razılaşmışdıq ki... - Paşinyan

Ermənistan Dağlıq Qarabağın (keçmiş qondarma qurum nəzərdə tutulur – red.) rəhbərliyi ilə əvvəlcədən razılaşaraq, Dağlıq Qarabağın statusu məsələsində səviyyəni aşağı saldı. Lakin sonradan “Dağlıq Qarabağ rəhbərliyi” bu səviyyəni qaldırdı.

Yenipress.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 4-də Milli Assambleyanın iclasında deputatların suallarını cavablandırarkən deyib.

“Sizə bir sirr açım: Qarabağlı həmkarlarımızla birlikdə səviyyəni aşağı salmağa çalışdıq. Bəs sonra nə oldu? Biz səviyyəni aşağı saldıq, amma “Dağlıq Qarabağ” (keçmiş qondarma qurum – red.) sonra onu qaldırdı. Və mən də bunu sizin təklifinizlə qaldırdım”, - deyə Paşinyan müxalifətə müraciət edib.

O əminliklə qeyd edib ki, əgər “Qarabağ rəhbərliyi” əvvəllər əldə edilmiş razılaşmalara və ümumi anlaşmaya əməl etsəydi, o zaman bütün baş verənlərin qarşısını almaq olardı.

Xəbər xətti