Yaralı hərbçimiz şəhid oldu

TOPLUM bölməsi

14:54 - 1 Oktyabr 2023

 Yaralı hərbçimiz şəhid oldu

Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirləri zamanı yaralanan hərbi qulluqçumuz Qasımov Cahan Xəqani oğlu şəhid olub.

Yenipress.az xəbər verir ki, Xocavənd rayonu istiqamətində yaralanan hərbçimiz bir neçə gün idi hospitalda müalicə olunurdu.

Həkimlərin bütün səylərinə baxmayaraq hərbi qulluqçumuz bu gün şəhid olub. Şəhid Qasımov İsmayıllı rayonunun Qalınçaq kənd sakinidir. Kənd icra nümayəndəliyindən saytımıza bildirilib ki, Cahan Qasımov bu gün dəfn ediləcək.

Allah rəhmət eləsin!

Xəbər xətti