Aidə Seyfullayeva həbs edilib.
Yenipress.az xəbər verir ki, bu barədə Criminal.az saytının baş redaktoru Anar Məmmədov məlumat paylaşıb.
Məlumata görə, o, dələduzluqda ittiham edilir. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
A.Seyfullayevanın cinayət işi hazırda Xətai Rayon Məhkəməsinin hakimi Rafayıl Sadıqovun icraatındadır. Şikayətçilər Qasimov Nüsrət Ədalət oğlu (4,500 manat), Baxşəliyev Xalid Dilavər oğlu (7,500 manat) və Quluyev Natiq Tarıyel oğludur (10,000 manat)
Xatırladaq ki, A.Seyfullayeva 2018-ci ildə də dələduzluq əməlinə görə mühakimə olunub.
Qeyd edək ki, A.Seyfullayeva Qafqazinfo.az saytının baş redaktoru Elbrus Ərudun bacısıdır.