Xocalı qatili və separatçıların keçmiş "müdafiə naziri" "Laçın" postunda saxlanıldı

GÜNDƏM bölməsi

14:57 - 29 Sentyabr 2023

 Xocalı qatili və separatçıların keçmiş

14:23

Qarabağ separatçılarının keçmiş “müdafiə naziri”, "general-leytenant" Levon Mnatsakanyan Qarabağdan Ermənistana gedərkən "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Yenipress.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Mnatsakanyanla birlikdə qondarma rejimin "milli qəhrəmanı", "general-leytenant" Arşavir Qaramyan da saxlanılıb.

Qeyd edək ki, Arşavir Qaramyan 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçılarından biridir.

Xəbər xətti