İsraildə İrana bağlı terrorçular həbs edildi

DÜNYA bölməsi

13:05 - 28 Sentyabr 2023

 İsraildə İrana bağlı terrorçular həbs edildi

İsrailin Milli Təhlükəsizlik Xidməti (ŞinBet) İrana bağlı 5 terrorçunu həbs edib.

Yenipress.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

Məlumata görə, iki israilli və üç fələstinlidən ibarət olan qrup üzvləri İsrailin milli təhlükəsizlik naziri İtmar Benguirə qarşı terror etməyi planlaşdırıblar.

Bildirilib ki, həbs olunanlar İran təhlükəsizlik xidmətinə bağlı iordaniyalı şəxs tərəfindən idarə olunublar.

Xəbər xətti