İranda haqqını tələb edən 17 ərəb cəzalandırıldı

DÜNYA bölməsi

11:35 - 28 Sentyabr 2023

 İranda haqqını tələb edən 17 ərəb cəzalandırıldı

Xuzistan əyalətinin Əhvaz şəhərində İran Milli Polad Şirkətinin 17 ərəb işçisi cərimə edilib.

Yenipress.az xəbər verir ki, bu barədə İran Məhkəməsinə bağlı media məlumat yayıb.

Məlumata görə, həmin şəxslərin hər biri, həmçinin, 74 şallaq cəzasına məhkum edilib.

Onlar ötən il əmək haqlarının verilməməsi, hüquqlarının pozulmasına etiraz olaraq tətil keçirdikləri üçün şirkət rəhbərliyinin şikayəti əsasında cəzalandırılıblar.

Xəbər xətti