Ötən gün Azərbaycandan qaçarkən həbs edildiyi deyilən Xocalı qatili Vitali Balasanyan açıqlama yayıb.
Yenipress.az Axar.az-a istinadən xəbər verir ki, o, erməni mediasına “Laçın” postundan keçərkən həbs edildiyi barədə məlumatı təkzib edib.
“Mən Qarabağdayam. Ünvanı yazın: Əsgəran şəhəri, Danielyan küçəsi 29. Mən buradayam, heç Qarabağı tərk etməyə cəhd də etməmişəm”, - deyə o bildirib.
Qeyd edək ki, Qarabağ separatçı-terrorçularının keçmiş “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan ötən gün “Laçın” postundan keçmək istəyərkən saxlanılıb. Separatçı-terrorçuların başçısının “müşaviri” David Babayan da təslim olmaq üçün Şuşaya getməyə qərar verdiyini bildirib.
Bir neçə dəqiqə öncə isə separatçıbaşı Samvel Şahramanyan separatçı-terrorçu xuntanın özünü buraxdığını elan edib.