Əlləri günahsız Xocalı qurbanlarının qanına bulaşmış daha bir separatçı "lider"in Azərbaycan xüsusi xidmət orqanları tərəfindən saxlanılması ilə bağlı məlumat yayılıb.
Yenipress.az xəbər verir ki, bu barədə "Caucasian Bureau" Teleqram kanalı məlumat yayıb.
Onun Vitali Balasanyan olduğuna dair iddialar da var.
Məlumat dəqiqləşdirilir.
Qeyd edək ki, bu gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “dağlıq qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.