Ruben Vardanyanın arvadı Veronika Zonabend ərinin həbsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.
Yenipress.az xəbər verir ki, o, əri ilə əlaqə saxlaya bilmədiyini açıqlayıb.
“Onunla əlaqə saxlaya bilmirəm. Həbs xəbərini mediadan oxudum. Başqa heç nə deyə bilmərəm”, - deyə, Zonabend bildirib.
***
Qarabağdakı erməni separatçıların keçmiş liderlərindən biri Ruben Vardanyanın arvadı ərinin saxlanıldığını təsdiqləyib.
Rusiya mətbuatına açıqlama verən Veronika Zonabend bildirib ki, əri Qarabağı tərk etmək istəyərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.