Urmiya gölünün bərpası üçün buna hazırıq – Vali

GÜNDƏM bölməsi

13:36 - 27 Sentyabr 2023

 Urmiya gölünün bərpası üçün buna hazırıq – Vali

Urmiya gölünün vəziyyətinin yaxşılaşdırılması üçün Türkiyə ilə əməkdaşlıq etməyə hazırıq.

Yenipress.az xəbər verir ki, bunu Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Sadiq Mötəmediyan İran və Türkiyə sərhəd bölgələri arasında iqtisadi əməkdaşlığın altıncı iclasında çıxışı zamanı deyib.

Vali Urmiya gölünün bərpası üçün Türkiyə ilə elmi və icraedici əməkdaşlığı ekoloji problemin dərinləşməsi səbəbindən təklif etdiklərini etiraf edib.

Qeyd edək ki, bundan əvvəl İran rəsmiləri ekoloji problemin həlli ilə bağlı bir neçə ölkənin təklifini rədd edib.

Xəbər xətti