Sabah hava belə olacaq - Proqnoz

TOPLUM bölməsi

12:59 - 27 Sentyabr 2023

 Sabah hava belə olacaq - Proqnoz

Sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Yenipress.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 22-27° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Xəbər xətti