Salmas İranın ən intizamlı şəhəri seçildi

DÜNYA bölməsi

12:54 - 27 Sentyabr 2023

 Salmas İranın ən intizamlı şəhəri seçildi

Qərbi Azərbaycan əyalətinin Salmas şəhəri İranın ən nizamlı şəhəri statusunu qazanıb.

Yenipress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Salmas bu statusu müasir şəhərsalma üsulu ilə salınmasına, damalı və nizamlı həndəsi küçələrinə görə qazanıb.

Yeli medianın yazdığına görə, İranın heç bir yerində bu formada nizamlı quruluşa malik şəhər yoxdur.

Salmasda bu şəhərsalma üsulu 1930-cu il zəlzələsindən sonra həyata keçirilib. Bu formada tikilib genişləndirilən məşhur xarici və müasir şəhərlərə ABŞ-ın Los-Anceles və Kanadanın Toronto şəhərini göstərmək olar.

Qeyd edək ki, Salmas Qərbi Azərbaycan əyalətinin mərkəzindən 90 km şimalda yerləşir. 2541 kv/km əraziyə malik olan Salmas 230 min nəfər əhali ilə Qərbi Azərbaycan əyalətinin ikinci böyük şəhəridir.

Xəbər xətti