Təbrizin “Mehrəsl” boru zavodunun işçiləri tətilə başlayıblar.
Yenipress.az xəbər verir ki, onlar bu barədə sosial media hesablarında paylaşım ediblər.
İşçilər bildiriblər ki, 10 aydır əmək haqları ödənilmir, hüquqları pozulur və zavod rəhbərliyinin problemin həlli ilə bağlı vədləri özünü doğrultmur.