Təbrizli sənətçinin həbs müddəti uzadıldı

TOPLUM bölməsi

10:43 - 27 Sentyabr 2023

 Təbrizli sənətçinin həbs müddəti uzadıldı

Azərbaycan rəqsi müəllimi, mədəni fəal Peyman İbrahimi Dinvərin həbs müddəti 13 oktyabr tarixinə kimi uzadılıb.

Yenipress.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.

Məlumata görə, bir aydır Təbriz təcridxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan sənətçinin girov qarşılığında sərbəst buraxılmasına icazə verilmir.

Xatırladaq ki, avqustun 26-da təhlükəsizlik məmurları Peyman İbrahimi Dinvəri Təbrizdə şəxsi mənzilində həbs edib, döyərək ağır bədən xəsarətləri yetiriblər. Əlaqədar qurumlar onun nədə ittiham olunduğu barədə  açıqlama vermir.

Xəbər xətti