Təbrizdə Azərbaycan rəqs kursunun şagirdləri Urmiya gölündə baş verən ekoloji fəlakətə etiraz olaraq video-çarx hazırlayıblar.
Yenipress.az xəbər verir ki, yeniyetmə rəqqaslar hazırladıqları videonu sosial mediada paylaşıblar.
Üzərində Urmiya gölünün fotosu olan və “Nəfəs, Su, Torpaq” yazılan köynəkləri geyinən Azərbaycan rəqs kursunun şagirdləri ekoloji fəlakət barədə fikirlər səsləndiriblər.