Kremldən ABŞ-ın Qarabağ təklifinə cavab

SİYASƏT bölməsi

15:16 - 26 Sentyabr 2023

 Kremldən ABŞ-ın Qarabağ təklifinə cavab

Kreml Amerika Dövlət Departamentinin Azərbaycanın Qarabağ bölgəsində vəziyyəti izləyəcək müşahidə missiyasının yaradılması təklifini şərh edib.

Yenipress.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Burada konkretlik görmürük, istənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. İrəvan və Bakı ilə, eləcə də Qarabağın etnik erməniləri ilə əlaqələrimizi davam etdirəcəyik”, - o bildirib.

Xəbər xətti