“Rossotrudniçestvo” ümid edir ki, Ermənistan rəhbərliyi ölkədə mərkəzlərin mövcudluğunu saxlamaq üçün kifayət qədər ehtiyatlı davranacaq.
Yenipress.az xəbər verir ki, bunu “Rossotrudniçestvo”nun rəhbərinin müavini Pavel Şevtsov deyib.
“Həqiqətən ümid edirəm ki, Ermənistan rəhbərliyi “Rossotrudniçestvo” mərkəzlərinin mövcudluğunu saxlamaq üçün kifayət qədər ehtiyatlı olacaq. Ermənistan və Rusiyada ölkələr arasında humanitar əlaqələrin inkişafında maraqlı olan çoxlu sayda insan var. Biz bu fəaliyyətdən əl çəkməyəcəyik. Gələn il üçün inkişaf planımız var. Ümid edirik ki, ümumi vəziyyət mərkəzimizin fəaliyyətinə təsir göstərməyəcək”, - o bildirib.
Qeyd edək ki, daha öncə Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistanda Rusiyanın ölkədəki təsirini sarsıtmağa çalışan güclü qeyri-hökumət təşkilatlarının lobbisinin olduğunu demişdi.