İranda yeni ailə modeli tətbiq ediləcək

DÜNYA bölməsi

10:23 - 26 Sentyabr 2023

 İranda yeni ailə modeli tətbiq ediləcək

Ölkədə yeni ailə modeli tətbiq olunmalıdır.

Yenipress.az xəbər verir ki, bu təkliflə İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Ənisə Xəzəli çıxış edib.

“Hazırda düşmənlər tərəfindən mədəni hücumlara məruz qaldığımız üçün ağır durumdayıq. Buna qarşı müqavimət göstərmək üçün ölkədə İran-islam mədəniyyətinə əsaslanan yeni ailə modeli tətbiq edilməlidir”, - o bildirib.

Qeyd edək ki, Ənisə Xəzəli bundan əvvəl də 9 yaşlı qız uşaqlarının ailə qurmağa hazırlaşdırılmaları barədə verdiyi təkliflə gündəmə gəlmişdi.

Xəbər xətti