Separatçılar Qarabağda bunkerlərdədir: Belə qaça bilərlər

SİYASƏT bölməsi

15:36 - 25 Sentyabr 2023

 Separatçılar Qarabağda bunkerlərdədir: Belə qaça bilərlər

Sovet ordusu 1945-ci ilin aprelində Berlinə daxil olanda faşist Almaniyasının lideri Adolf Hitler bunkerdə gizlənmişdi. Ancaq günlər keçdikcə bunkerdən qaçanların sayı artırdı. Hitler özünü öldürdükdən sonra qaçış sürətləndi. Onun partiyadakı sağ əli Borman bunkerdən qaçmaq istəyərkən öldürüldü, digər nasist liderlərdən Herinq sovet hərbçilərinin əlinə düşməmək üçün gedib amerikalılara təslim oldu. Milyonlarla insanı düşərgələrdə ölümə məhkum edən Himler isə daha əvvəldən qaçaraq Borman kimi amerikalılara təslim olmuşdu. Lakin xeyri olmadı, Himler və Borman zəhər içərək özlərini öldürdülər.

Yenipress.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bu hadisələri Qarabağdakı separatçıların hazırkı vəziyyəti ilə eyniləşdirib:

“Eyni ilə Qarabağdakı separatçılardan da bir neçə gündür xəbər yoxdur, ya Xankəndidəki bunkerlərdə gizləniblər, ya da qaçmaq üçün imkan axtarırlar. Laçın sərhəd-keçid məntəqəsindən bu mümkün olmayacaq, ya hansısa gizli dərələrdən sərhədi keçməyə çalışa bilərlər. Bu halda ələ keçmək və öldürülmək riski var, ya da Rusiya hərbi kontingentinə yalvarmalıdırlar ki, onları helikopterlə Ermənistana keçsinlər. Rus hərbçiləri ya Kremldən aldıqları təlimat əsasında, ya da rüşvətlə separatçıları qaçıra bilərlər. Məsələn, separatçıların keçmiş “müdafiə naziri”, Xocalı canilərindən biri Samvel Babayan artıq İrəvandadır”.

Xəbər xətti