2022-ci il sentyabrın 22-də etiraz aksiyalarında öldürülən qəzvinli gənc Cavad Heydərinin atası Əlipənah, qardaşları Ruhullah və Mürtəza Heydəri Qəzvin şəhərinin Çubindər həbsxanasına köçürülüblər.
Yenipress.az xəbər verir ki, bu barədə saxlanılanların ailə üzvü Fatimə Heydəri məlumat yayıb.
“Atam və qardaşlarım təhlükəszilik təcridxanasından həbsxanaya köçürülüblər. Qardaşım Mürtəza şəkərli diabet xəstəsi olmasına baxmayaraq, barəmizdə baş verən ədalətsizliyə görə 3 gündür aclıq aksiyasına başlayıb”, - o bildirib.
Qeyd edək ki, sentyabrın 22-i Cavad Heydərinin öldürülməsinin ildönümü mərasiminin keçirilməsinin qarşısını almaq məqsədilə qəzvinli gəncin ata evinə hücum edilib və ailə üzvləri saxlanılıb.