İranda tələbələrin geyimləri ilə bağlı yeni – Qərar

DÜNYA bölməsi

12:16 - 25 Sentyabr 2023

 İranda tələbələrin geyimləri ilə bağlı yeni – Qərar

İran universitetlərində qız tələbələrin yeni geyim qaydalar tətbiq edilməyə başlayıb.

Yenipress.az xəbər verir ki, bu barədə tələbə hərəkatı fəalları məlıumat yayıb.

Bildirilib ki, yeni qaydalarda tələbələrin geyimlərinə qoyulan məhdudiyyətlər daha da artırılıb.

Qaydalara əsasən, qız tələbələrin naxışlı və rəngli plaş, hündürdaban ayaqqabı geyinmələri, naxışlı çadra və yaylıqdan istifadə etmələri qadağan olunub.

Bununla yanaşı, oğlan tələbələrin geyimləri ilə bağlı da bir neçə məhdudiyyətin nəzərdə tutulduğu bildirilir.

Yeni qaydaların tətbiqinə nəzarət etmək üçün SEPAH-a bağlı yarımhərbi “Bəsic” qüvvələri, universitetlərin mühafizə əməkdaşları və mülki geyimli hökumət məmurları işə cəlb edilib.

Xəbər xətti