Osipyandan separatçılara: Sizdə kişilik yoxdur!

GÜNDƏM bölməsi

11:46 - 25 Sentyabr 2023

 Osipyandan separatçılara: Sizdə kişilik yoxdur!

Yerablurun qanı sənin boynundadır Bako Saakyan - sənin və Serj Sərkisyandan Robert Köçəryana kimi generalların üzərindədir.

Yenipress.az xəbər verir ki, bu barədə Qarabağ “fəal”ı Artur Osipyan qanunsuz xunta liderlərinə müraciət edərək deyib.

“Bir adam bütün müharibəni uduza bilməz. Əgər bunun günahı Nikoldadırsa, deməli, o, təkbaşına yox, Onik (Qasparyan – Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi – red.) və Cəlalla (Arutyunyan, separatçı birləşmələrin keçmiş rəhbəri – red.), yəni  cinayətin digər iştirakçıları ilə birlikdə bunu edib. Əgər belə olubsa, deməli, Nikoldan əvvəl təslimçilik baş verib. Saakyan, get bu kütləvi qəbiristanlığa, hamıya bax və bil ki, sən və sənin generalların onların hamısını öldürüb. Yerablurun qanı sənin boynundadır Bako Saakyan, sənin və Serj Sərkisyandan Robert Köçəryana kimi generalların üzərindədir. Bu məğlubiyyəti başqasının üzərinə yükləməyin. Sərkisyan nağıl danışırdı, mənim vaxtımda, deyirdi ki, filan-filan silahlar alırlar. Bu silahlar zibil idi. Bütün generallarınızı toplayın, gedin Anna Akopyandan kişilik öyrənin. Sizdə o kişilik də yoxdur, sadəcə qaçırsınız, uçursunuz, uşaqlarınızı gizlədirsiniz, elə deyilmi? Vito (Balasanyan - red.) oğlunu bunkerdə saxlamamısan?” - o bildirib.

Xəbər xətti